Çin Avropanı “talamaqda” davam edir
Bizi izləyin

İdman

Çin Avropanı “talamaqda” davam edir

"Şaxtyor"un (Donetsk) braziliyalı hücumçusu Aleks Teyşeyra karyerasını Çində davam etdirəcək.

Publika.az xəbər verir ki, "Şaxtaçılar"ın rəsmi saytının yaydığı məlumata görə, "Ciyanqsu Saninq" klubu 26 yaşlı futbolçunu transfer edib. Çin təmsilçisi Teyşeyranın transferi üçün 50 milyon avro ödəyəcək.

Teyşeyra 2010-cu ildən Donetsk klubunun şərəfini qoruyurdu. O, bu müddətdə meydana çıxdığı 222 oyunda 89 qola imza atıb.

Xatırladaq ki, qış transfer pəncərəsində Teyşeyradan əvvəl Ramires, Jervinyo, Cekson Martines və Fredi Quarin kimi futbolçular da Çinə üz tutmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm