“Böyük dəbilqə” üçün heyət açıqlandı
Bizi izləyin

İdman

“Böyük dəbilqə” üçün heyət açıqlandı

Fransanın paytaxtı Parisdə cüdoçular arasında “Böyük dəbilqə” turniri keçiriləcək.

Publika.az xəbər verir ki, fevralın 6-7-də keçiriləcək turnirdə 93 ölkədən 583 cüdoçu mübarizə aparacaq. Cüdoçulardan 370-i kişi, 213-ü qadın idmançılar olacaq.

Azərbaycan millisi “Böyük dəbilqə” turnirinə 11 nəfərlik heyətlə qatılacaq. Kişilərin yarışında ölkəmizi Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Hidayət Heydərov, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Alimli, Əbdülhəq Rəsullu (hər ikisi 90 kq), Şahin Qəhrəmanov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) təmsil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm