Qadın güləşçilərimizin reytinqi - SİYAHI
Bizi izləyin

İdman

Qadın güləşçilərimizin reytinqi - SİYAHI

Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var. Güləşçilərimiz yanvar ayında turnirlərdə iştirak etmədiyinə görə mövqelərində irəliləyiş olmayıb. Son dünya çempionatının gümüş medalçısı Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub.

Mövqeyini qoruyan güləşçilərimiz həm də Anjela Doroqan (53 kq, 6-cı yer), Nataliya Sinişin (55 kq, 7-ci yer) və İrina Netreba (60 kq, 4-cü yer) olub. Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç idə 2 pillə geriləyərək 6-cı yerdə qərarlaşıb.

48 kq
2. Mariya Stadnik - Dünya çempionatı 2-ci yer (2)

53 kq
6. Anjela Doroqan - Dünya çempionatı 5-ci yer (6)

55 kq
7. Nataliya Sinişin - Qızıl Qran Pri 2-ci yer (7)
13. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (12)

58 kq
6. Yuliya Ratkeviç - Dünya Çempionatı 3-cü yer (4)

60 kq
4. İrina Netreba - Polşa turniri 3-cü yer (4)

63 kq
18. Nadya Muşka - Polşa turniri 2-ci yer (14)

İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm