“Zirə” “Sumqayıt”a, “Qarabağ” “Xəzər-Lənkəran”a qalib gəldi
Bizi izləyin

İdman

“Zirə” “Sumqayıt”a, “Qarabağ” “Xəzər-Lənkəran”a qalib gəldi

Fevralın 6-da Azərbaycan Premyer Liqasının XX turunun daha iki qarşılaşması oynanılıb.

İlk oyun Sumqayıtda eyniadlı klubla “Zirə” arasında keçirilib. Qonaqlar meydan sahiblərinə 2:0 hesabı ilə qalib gəliblər. “Zirə”nin heyətində 4-cü dəqiqədə Nelson Bonilla, oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə isə Rəşad Abdullayev fərqləniblər. Bu qələbə sayəsində xallarının sayını 35-ə çatdıran “Zirə” turnir cədvəlində ikinci yerini möhkəmlədib.

Günün ikinci matçında isə Premyer Liqanın lideri “Qarabağ” “Xəzər-Lənkəran” komandasını qəbul edib. Qurban Qurbanovun yetirmələri “Xəzər-Lənkəran”ın qapısından üç cavabsız top keçiriblər. Hər üç qol oyunun ikinci yarısında vurulub. 71-ci dəqiqədə Dani cərimə zərbəsindən topu tora göndərib. 88-ci dəqiqədə Riçard Almeyda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyunun əsas vaxtına əlavə edilən ikinci dəqiqədə isə Samuel Armenteros rəqibin qapısına daha bir qol vurub.

Beləliklə, “Qarabağ” xallarının sayını 41-ə çatdırıb.

Tura fevralın 7-də oynanılacaq daha iki görüşlə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm