15 il əvvəlki yaxşılığı unutmadı - FOTO
Bizi izləyin

İdman

15 il əvvəlki yaxşılığı unutmadı - FOTO

Fernando Torres Madrid “Atletiko”sunda 100-cü qolunu vurub.

Publika.az xəbər verir ki, hücumçu bu göstəriciyə “Eybar”la evdə keçirilən qarşılaşmada (3:1) nail olub. Oyundan sonra Torres sevincini 80 yaşlı Anxel Manuel Brinyasla bölüşüb.

Məhz bu şəxs 15 il əvvəl 200 uşağın içindən Torresi seçərək, onu “Atletiko”ya təklif edib. Həmin vaxt Anxel “Atletiko”nun uşaq futbol məktəbinə rəhbərlik edirdi.

Qarşılaşmadan sonra keçmiş məşqçisinə yaxınlaşan Torres onunla şəkil çəkdirib. Futbolçu 100-cü qolu vurduğu oyunda geyindiyi formanı da vaxtilə ona yaxşılıq etmiş məqşçisinə bağışlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm