“Kəpəz” AZAL-ı da məğlub etdi
Bizi izləyin

İdman

“Kəpəz” AZAL-ı da məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci turun daha bir oyunu baş tutub.

Publika.az xəbər verir ki, Gəncədə AZAL-ı qəbul edən “Kəpəz” növbəti qələbəsini qazanıb və cari mövsümdəki xallarının sayını 32-yə çatdırıb. Ötən həftə “Qəbələ”ni məğlub edən “Sarı-göylər” bu dəfə də sevinən tərəf olub.

AZAL-ın 6 oyunluq seriyası qırılıb. Belə ki, oyunun 27-ci dəqiqəsində qapısında qol görən Tərlan Əhmədov sonuncu dəfə 13-cü turda səfərdə “Inter”ə qarşı keçirdiyi oyunda qapısından top buraxmışdı. Həmin matçın 85-ci dəqiqəsində Abbas Hüseynov AZAL-ın qapısına yol tapmışdı.

Sonrakı oyunlarda “Sumqayıt”ı 2, “Xəzər Lənkəran”, “Neftçi”, “Zirə” və “Qarabağ”ı 1:0 hesabı ilə üstələyən “Təyyarəçilər” “Rəvan”la da qolsuz bərabərliyə nail olublar. Budaq Nəsirovun vurduğu qol AZAL-ın 571 dəqiqəlik seriyasına son qoyub.

Azərbaycan Premyer Liqası, 20-ci tur

Kəpəz - AZAL 2:0

Budaq Nəsirov, 27. Julien Ebah, 86.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm