İdman
Sonuncu gün 1 qızıl, 2 bürünc medal qazandıq
Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi
üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq
turnir başa çatıb. Turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə
yığma komandamızın üzvləri iştirak edib.
Azərbaycan Güləş Federasiyasından Publika.az-a
verilən məlumata əsasən, son yarış günündə yığma komandamızın
üzvləri 1 qızıl və 2 bürünc medal qazanıb.
86 kq çəki dərəcəsində mübarizə aparan Aleksandr Qostiyev qızıl,
Həmzət Osmanov bürünc medal qazandı. Hər iki güləşçimiz medal
görüşündə Türkiyə təmsilçilərinə qalib gəlib.
65 kq çəkidə mübarizə aparan Hacı Əliyev 1/4 final qarşılaşmasında
Puerto Rikolu Matos Gomezlə görüşdə rəqibin qaydalara zidd fəndə
yol verməsi ilə zədələnsə də görüşü qələbə ilə başa vura bilib.
Yarımfinalda Türkiyə təmsilçisi Mustafa Kaya ilə görüşü isə
güləşçimiz zədə səbəbindən davam etdirə bilməyib. Bu çəkidə digər
təmsilçimiz Ağahüseyn Mustafayev təsəlliverici görüşdə qalib
gəldikdən sonra bürünc medal uğrunda görüşə haqq qazanıb. Ağahüseyn
Mustafayev son görüşdə komanda yoldaşı Hacı Əliyevlə qarşılaşmalı
idi. Ancaq Hacının zədəsi onun bu görüşə çıxmasına mane olub.
Bununla da Ağahüseyn Mustafayev turnirin bürünc medalına sahib
olub.
Xatırladaq ki, ilk iki yarış günündə yığma komandamızın üzvləri 1
gümüş (Hacımurad Ömərov (70 kq)) və 4 bürünc (Mahir Əmiraslanov,
Giorgi Edişeraşvili (hər ikisi 57 kq), Gitinomaqomed Hacıyev (70
kq) və Cəmaləddin Məhəmmədov (125 kq)) medal qazanıb.
Beləliklə, sərbəst güləşçilərimiz Yaşar Doğunun xatirəsinə həsr
olunan sayca 44-cü beynəlxalq turniri ümumilikdə 1 qızıl, 1 gümüş
və 6 bürünc medalla başa vurub. Yığmamız komanda hesabında Türkiyə
və Monqolustandan sonra üçüncü yerdə qərarlaşıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim
Sədi Quliyev təmsil edib.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!