“Qarabağ”dan 87-ci böyük hesablı qələbə
Bizi izləyin

İdman

“Qarabağ”dan 87-ci böyük hesablı qələbə

Ağdamın “Qarabağ” klubu 2015/16 mövsümündə 3-cü böyük hesablı qələbəsini qazanıb.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ev oyununda “Xəzər Lənkəran”ı 3 cavabsız qolla keçib. Cari mövsümdə 8-ci turda “Zirə”ni 4:1, 13-cü turda “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən ağdamlılar ən azı 3 top fərqiylə olan qələbələrin sayını 3-ə çatdırıb. Bununla da “Qarabağ” uğursuz seriyaya da son qoyub. Belə ki, çempionatın lideri 15-ci turun “İnter”lə dekabrın 6-da keçirilən oyunundan (1:0) sonra 4 tur idi qalib gələ bilmirdi. 62 gündən sonra qələbə qazanan çempion bu müddətdə 3 heç-heçə edib, 1 dəfə uduzmuşdu.

Bu, “Qarabağ”ın ölkə çempionatları tarixində 87-ci böyük hesablı qələbəsidir. Ağdam klubu bu göstəricidə yalnız “Neftçi” (116) və “Kəpəz”dən (92) geri qalaraq, 3-cü pillədə qərarlaşıb. Ölkə çempionatları tarixində ən çox böyükhesablı qələbə qazanan 10 komanda arasında “Turan” (59), “Bakı” (52), “İnter” (45), “Xəzər Lənkəran” (42), “Şəmkir” (38), “Xəzər” S (31) və “Viləş” (22) də yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm