
Martın 11-də AFFA-nın növbəti hesabat-seçki konfransı keçiriləcək.
Publika.az AFFA-nın saytına istinadən xəbər verir ki, saat 10:00-da başlayacaq konfransın gündəliyinə federasiyanın nizamnaməsinə uyğun olaraq aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- AFFA prezidentinin seçilməsi
- İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
Qeyd edək ki, AFFA-nın hazırki prezidenti Rövnəq Abdullayevdir.