“Böyük beşlik” dünyaya meydan oxuyur
Bizi izləyin

İdman

“Böyük beşlik” dünyaya meydan oxuyur

Avropanın 5 ən böyük çempionatında (Almaniya, İngiltərə, İtaliya, İspaniya, Fransa) çıxış edən klublar qış fasiləsində transferlərə 354 milyon dollar xərcləyib.

Publika.az xəbər verir ki, bu barədə FİFA TMC məlumat yayıb. Məlumatda "böyük beşlik" ölkələrinin qış transfer pəncərəsində futbolçu keçidlərinə xərclədikləri məbləğin bütün dünya üzrə transferlərə xərclənən məbləğin 59 faizi olduğu qeyd edilib. Bütün dünya üzrə qış transfer pəncərəsində futbolçu keçidlərinə 604 milyon dollar xərclənib. Dövrələrarası fasilədə "böyük beşlik" klubları 469 futbolçunun keçidini həll edib.

Avropanın 5 ən böyük çempionatı arasında transferə ən çox pul xərcləyən isə İngiltərə olub. Belə ki, Premyer Liqa klubları qış transfer pəncərəsində futbolçu keçidləri üçün 181 milyon dollar xərcləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm