SENSASİYA: Azərbaycan İtaliya ilə eyni “qatar”da
Bizi izləyin

İdman

SENSASİYA: Azərbaycan İtaliya ilə eyni “qatar”da

Futzal üzrə Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında çıxışını başa vurub.

Publika.az xəbər verir ki, 1/4 final mərhələsində rəqib Rusiya yığması olub. "Belqrad Arena"da baş tutan qarşılaşma 6:2 hesabıyla rusların xeyrinə başa çatıb. Bununla da, yığmamız turnirdə çıxışını başa vurub.

Xatırladaq ki, Tino Peresin yetirmələri mübarizə apardığı D qrupunda İtaliyaya 0:3 hesabıyla məğlub olub, Çexiya millisinə 6:5 hesabıyla qalib gələrək 1/4 finala vəsiqə qazanmışdı.

Millimizlə birgə D qrupunda yarışmış İtaliya millisi də yarımfinala vəsiqə uğrunda mübarizə aparıb. Qazaxıstanla oyun gözlənilmədən son Avropa çempionunun məğlubiyyətiylə nəticələnib - 5:2.

Artıq bütün yarımfinalçılar məlumdur. Finala vəsiqə uğrunda mübarizədə Serbiya Rusiya, İspaniya isə Qazaxıstanla üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm