Qumarxananı qarət edən futbolçular yaxalandı
Bizi izləyin

İdman

Qumarxananı qarət edən futbolçular yaxalandı

Almaniya Bundesliqasında mübarizə aparan “Hannover” klubunun 19 yaşlılardan ibarət komandası aralarında türk futbolçu da olan 3 oyunçusunu heyətdən kənarlaşdırıb.

Publika.az Almaniyanın “Bild” qəzetinə istinadən xəbər verir ki, buna səbəb futbolçuların qumarxana soymaq planlarının üstünün açılmasıdır.

Qəzetdə dərc olunan məlumatda qeyd olunur ki, türk əsilli futbolçu Ernis iki komanda yoldaşı ilə birlikdə Hannoverin Lauenau qəsəbəsində bir qumarxananı soymağı planlaşdırıb. Onların planının qarşısını polis alıb.

Futbolçular kazinonun qarşısında avtomobili düzgün park etməyiblər. Bu da polisin diqqətini cəlb edib. Polis məsələni araşdırarkən məlum olub ki, avtomobilin nömrəsi saxtadır.

Axtarış aparılarkən avtomobildən pnevmatik tapança, maska da aşkarlanıb. Sorğu-sualdan sonra futbolçular qarət planlaşdırdıqlarını etiraf ediblər.

Hadisədən xəbər tutan klub rəhbərliyi hər 3 futbolçunu komandadan uzaqlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm