Messinin 11 “gözəlçə”si - FOTOLAR
Bizi izləyin

İdman

Messinin 11 “gözəlçə”si - FOTOLAR

Bir neçə gün əvvəl dünyanın ən yaxşı futbolçusu Lionel Messi 32 milyon dollara “Ferrari” almaqla gündəmi zəbt etdi. Bununla o, həm də dünyanın ən bahalı maşınının sahibi oldu. Onun avtomobil həvəskarı olduğu məlum məsələdir. Hərçənd meydanda olduğu kimi, bu sahədə də argentinalı futbolçunun əsas rəqibi Kristiano Ronaldodur.

Portuqaliyalı ulduzun qarajında 20-dən çox avtomobil var. Onların arasında nadir nümunələrə də rast gəlmək mümkündür. Amma bir maraqlı nüans var: Messi yeni aldığı “Ferrari 335 S Spider Scagletti”ni satmağa qərar versə, həmin pulla Ronaldonun avtoparkından üçünü ala bilər. Buna qədər Leonun aldığı ən bahalı “gözəl” 400 min dollar olub. Bəs görək Leonun qarajında hansı maşınlar var?

Publika.az Messinin 11 avtomobilini təqdim edir:

Lexus IS-F

Ferrari F430 Spider

Maserati Granturismo MC Stradale

Dodge Charger SRT8

Audi Q7

Audi R8

Audi R8 GT

Mini Cooper S cabriolet

Toyota Prius

Range Rover Vogue

Ferrari 335 S Spider Scagletti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm