Neymarın qiyməti 500 milyona qalxdı
Bizi izləyin

İdman

Neymarın qiyməti 500 milyona qalxdı

Fransanın PSJ klubunun qətərli sahibi Nasser Əl-Xelaifi İspaniya "Barselona"sının futbolçusu Neymar üçün 500 milyon dollar təklif edib.

Publika.az xəbər verir ki, braziliyalı hücumçu təklifi qəbul edəcəyi təqdirdə ildə 40 milyon avro qazanacaq.

Paris klubunun sahibi 24 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsində yer alan "sərbəst qalma" maddəsinə əsasən 190 milyon avro da ödəməyə hazırdır.

PSJ futbolçuya 5 illik müqavilə təklif edib. Keçid baş tutarsa, Neymar üçün ümumilikdə 500 milyon avro ödəniləcək.

Qeyd edək ki, Neymar təklifi qəbul edəcəyi təqdirdə ən çox qazanan futbolçu adına sahib çıxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm