“Sevgililər günü”nə ən gözəl hədiyyə...
Bizi izləyin

İdman

“Sevgililər günü”nə ən gözəl hədiyyə...

Azərbaycan Premyer Liqasında 20-ci turun oyunlarına sabah start veriləcək.

Publika.az xəbər verir ki, “Sevgililər günü”nə də təsadüf edəcək turun oyunları 3 günə bölüşdürülüb. Və bütün oyunlar CBC Sport kanalında canlı yayımlanacaq.

Vaxtilə haqqında 1 həftə əvvəldən müzakirələri başlayan “böyük oyun” haqda ümumiyyətlə danışan yoxdur. Halbuki sabah “Neftçi” və “Xəzər Lənkəran” komandaları üz-üzə gələcək. Burda deyiblər ki, kimin əvvəli, kimin axırı...

Həqiqət isə budur ki, turun mərkəzi qarşılaşması mükafatlar uğrunda mübarizə aparan “Qarabağ”la “Kəpəz” arasında baş tutacaq. Bu, həm də komandalar arasında yubiley – 40-cı oyun olacaq.

“Qəbələ” özü üçün uğurlu sayılan rəqiblə qarşılaşacaq. Belə ki, “Sumqayıt” hələ şimal bölgəsindən başıuca qayıtmayıb.

AZAL – “İnter” qarşılaşması Avroliqaya vəsiqə baxımından müəyyən qədər maraq doğurur. Statistikaya əsasən həmişə rəqibindən zəif olan “Təyyarəçilər” indiki böhran vəziyyətində bu uğursuz tendensiyaya son qoya bilər.

Turun qaşılaşmaları 2 gün davam edəcək. Peşəkar Futbol Liqasının statistikasına əsasən, üz-üzə gələcək cütlərin Premyer Liqadakı oyunlarının balansını təqdim edirik.

Azərbaycan Premyer Liqası. 21-ci tur

13 fevral

14:30 AZAL – İnter

Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Coşqun Həsənov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Rövşən Əhmədov

AZAL Arena

Statistika: 28 oyun, 5 qələbə, 12 heç-heçə, 11 məğlubiyyət, top fərqi - 20:27.

“İnter” ardıcıl 3 matçda qol buraxmadan qalib gəlib. AZAL son 9 oyunda qələbə qazana bilməyib. “İnter” ardıcıl 10 matçdır meydanı qolsuz tərk etmir.

17:00 Neftçi – Xəzər Lənkəran

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Nail Nağıyev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Gülağa Cabbarov

“Bakcell Arena”

Statistika: 35 oyun, 13 qələbə, 15 heç-heçə, 7 məğlubiyyət, top fərqi – 39:29.

“Neftçi” 10 oyundur rəqibinə uduzmur. Paytaxt klubu son 9 qarşılaşmada meydanı qolsuz tərk etmir. “Xəzər Lənkəran” son 13 səfər matçında qalib gələ bilməyib.

14 fevral

15:00 Kəpəz – Qarabağ

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Munis Abdullayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Asim Xudiyev

Gəncə şəhər stadionu

Statistika: 39 oyun, 14 qələbə, 8 heç-heçə, 17 məğlubiyyət, top fərqi – 51:50.

Bu, komandaların yubiley – 40-cı matçı olacaq. “Kəpəz” 14 oyundur qələbə qazanmır. “Qarabağ” son 9 qarşılaşmada rəqibinə cəmi 1 xal verib. Ağdamlılar son 3 qarşılaşmada 3 qol vurub.

17:30 Qəbələ – Sumqayıt

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Əhmədağa Cabbarov

Qəbələ şəhər stadionu

Statistika: 14 oyun, 11 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, top fərqi – 30:10.

“Qəbələ” əvvəlki 14 matçın hamısında qol sevinci yaşayıb. “Sumqayıt” 9 oyundur qalib gələ bilmir. Qəbələ öz meydanında xal itirməyib.

15 fevral

18:30 Zirə – Rəvan

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Murad Məmmədov

Zirə İdman Kompleksinin stadionu

Statistika: 2 oyun, 1 qələbə, 1 məğlubiyyət, top fərqi – 2:2.

Komandalar əvvəlki oyunlarda öz meydanlarında qalib gəlib. Hər iki matçda minimal fərq qeydə alınıb.

Bombardirlər: Riçard Almeyda (Qarabağ) – 8, Ruslan Qurbanov (Neftçi) -7, Amil Yunanov (Sumqayıt), Aleksey Antonov (Qəbələ) – 6.

Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 01.26.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm