“Neftçi” “Xəzər-Lənkəran”ı məğlub etdi
Bizi izləyin

İdman

“Neftçi” “Xəzər-Lənkəran”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tur növbəti qarşılaşma ilə davam edib.

Günün digər prinsipial matçında “Neftçi” doğma meydanda “Xəzər-Lənkəran” komandasını qəbul edib. “Neftçi” autsayder “Xəzər-Lənkəran” üzərində çətin də olsa, minimal hesablı qələbə qazanıb. Lənkəran təmsilçisi “Neftçi”dən qarşılaşmanın son dəqiqələrində qol görüb. Oyunun 86-cı dəqiqəsində Elşən Abdullayev komandasına qələbə qazandıran topu vurub - 1:0. Doqquz turda qol vura bilməyən və qələbə qazanmayan baş məşqçi Elbrus Məmmədovun yetirmələri isə bu matçda da fərqlənə bilməyiblər. Görüş bu hesabla da başa çatıb.

Beləliklə, bu oyundan sonra “Neftçi” xallarının sayını 31-ə çatdırıb və altıncı pillədə yer alır. “Xəzər-Lənkəran” isə 13 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm