Azərbaycan komandası cüdo üzrə Avropa Kubokunun birincisidir
Bizi izləyin

İdman

Azərbaycan komandası cüdo üzrə Avropa Kubokunun birincisidir

İspaniyanın Fuenxirola şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku yarışı başa çatıb. Yarışda iştirak edən Azərbaycan cüdoçuları, ümumilikdə, 5 qızıl, 1 gümüş, 4 bürünc medal qazanaraq, komanda hesabında birinci yeri tutublar.

Oğlanların yarışında 8 çəki dərəcəsindən beşində Azərbaycan idmançıları fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Belə ki, Rövşən Əliyev (50 kq), Vüsal İbrahimov (55 kq), Elçin Hüseynov (60 kq), Paşa Əliyev (73 kq), Arif Qasımov (81 kq) qızıl medal qazanıblar. Rüfət Məmmədov, Yaşar Nəcəfov və Murad Fətiyev isə bürünc medallara layiq görülüblər. Bunula da yarışa qatılmış 8 Azərbaycan cüdoçusundan heç biri medalsız qalmayıb.

Qızlardan ibarət komandamızda isə Şəfəq Həmidova 44 kq çəki dərəsində gümüş, Gültac Məmmədəliyeva isə 48 kq çəkidə bürünc medal qazanıblar.

Yarışa 21 ölkədən 306 idmançı qatılıb. Azərbaycan komandası yarışda baş məşqçi Elçin İsmayılovun rəhbərliyi çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm