Taekvondoçularımız beynəlxalq turnirə yaxşı başladı
Bizi izləyin

İdman

Taekvondoçularımız beynəlxalq turnirə yaxşı başladı

Antalya şəhərində Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil edilən və sayca 3-cü olan G1 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirinə start verilib.

Publika.az xəbər verir ki, kişilərdən ibarət yığma komandamızın qatıldığı beynəlxalq yarışın ilk günü komandamız üçün uğurlu olub. Belə ki, ötən il yığma komandanın heyətində son dünya kubokuna sahib olan, -63 kq çəki dərəcəsində mübarizəyə qatılan Sina Bahrami rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər təmsilçimiz Məmmədalı Quliyev (-58 kq) isə yalnız yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Xatırladaq ki, turnir 3 gün davam edəcək. Yarışın ikinci günündə gənclərdən ibarət yığma komandamız yarışa qatılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm