Almaniyanın ən titullu klubu aksiya keçirdi - FOTO
Bizi izləyin

İdman

Almaniyanın ən titullu klubu aksiya keçirdi - FOTO

"Bavariya"nın futbolçu və məşqçi heyəti Bundesliqanın son turunda "Auqsburq"la oyunun start fitindən əvvəl aksiya keçiriblər.

Publika.az xəbər verir ki, münhenlilər komanda yoldaşları Holqer Badştuberə dəstək üçün aksiya keçiriblər. Badştuber "Bavariya"nın məşqində ağır zədələnərək, 3 ay müddətinə sıradan çıxıb. Futbolçu son 38 ayda 5-ci dəfə zədələnib.

Futbolçular və hətta Xosep Qvardiola da "Auqsburq"la oyunda üzərində “Biz səninləyik” yazılan Badştuberin formasında meydana çıxıblar. Qarşılaşma "Bavariya"nın qələbəsilə başa çatıb - 3:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm