YENİLİK: Futbolçular meydana manekenlərlə çıxdı - FOTOLAR
Bizi izləyin

İdman

YENİLİK: Futbolçular meydana manekenlərlə çıxdı - FOTOLAR

Hollandiyanın 1-ci divizionunda mübarizə aparan “Velveyk” komandası futbolda bir ilkə imza atıb.

Publika.az xəbər verir ki, hazırda heç də yaxşı günlərini yaşamayan “Sarı-qaralar” sevgililər günüylə bağlı diqqət mərkəzinə düşüb. “Emmen”lə oyunda futbolçular meydana alt paltarı geyinmiş manekenlərlə çıxıb. Bir alt paltarı firmasıyla sponsorluq anlaşması olan Hollandiya klubu fevralın 12-də “Emmen”lə oyuna futbolçuların manekenlərlə əl-ələ tutub çıxacağını hələ yanvarda bəyan etmişdi. Klub rəhbərliyi sözünü tutub və futbolçulara bu “xoşbəxtliyi” yaşadıb.

Bundan başqa, oyunu tribunadan izləyən qadınlar üçün stadiona giriş pulsuz olub. Amma oyunun nəticəsi meydan sahibləri üçün uğurlu alınmayıb. Matçın taleyini 1 qol həll edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm