Meydandan qovulduğu üçün hakimi güllələdi
Bizi izləyin

İdman

Meydandan qovulduğu üçün hakimi güllələdi

Argentinanın Kordova şəhərində regional liqa matçlarından birində faciəvi hadisə baş verib.

Publika.az xəbər verir ki, meydandan qovulan futbolçu bir neçə dəqiqə sonra baş hakimi güllələyib.

25 yaşlı idmançı 48 yaşlı referi Sezar Floresə 3 dəfə atəş açıb. Güllələr onun başına, boğazına və sinəsinə tuş gəlib. Nəticədə referi yerindəcə keçinib.

Qətli törədən 25 yaşlı idmançı isə axtarışdadır. Habelə oyunçulardan biri Valter Sarate də güllələnib. Amma onun həyatı təhlükədə deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm