Prezidentə sui-qəsd edən “Ağ cəngavərlər"ə hökm oxundu
Bizi izləyin

İdman

Prezidentə sui-qəsd edən “Ağ cəngavərlər"ə hökm oxundu

Misir məhkəməsi "Zəmələk" klubunun 15 azarkeşi barədə hökm çıxarıb.

Publika.az xəbər verir ki, azarkeşlər bir il həbs cəzasına məhkum ediliblər. Həbs olunanlar "Ağ cəngavərlər" (White Knights) fanat qruplaşmasının üzvləridir. Onlardan 11 nəfəri "Zəmələk" klubunun prezidenti Murtad Mənsura qarşı sui-qəsdin təşkilində ittiham olunublar. Daha 4 fanat isə klubun qərargahına hücum etməkdə təqsirli bilinib.

Misirdə bir neçə radikal fanat qruplaşması var. Onlar 2011-ci ildə ölkədə baş verən inqilabın da fəal iştirakçıları olublar. 2015-ci ilin 8 fevralında isə "Ağ canavar"ların 9 üzvü Qahirədə keçirilən "Enbi" - "Zəmələk" görüşündə baş verən iğtişaşlar zamanı həlak olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm