“Xəzər Lənkəran”ın futbolçusu İspaniya klubunda! – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

İdman

“Xəzər Lənkəran”ın futbolçusu İspaniya klubunda! – RƏSMİ AÇIQLAMA

Bu gün ölkə mətbuatında “Xəzər Lənkəran”ın transferə çıxardığı Elnur Cəfərovun İspaniya Sequndasında çıxış edən “Ovyedo”nun düşərgəsinə yollandığı barədə xəbər yayılıb.

Publika.az xəbər verir ki, məsələylə bağlı Lənkəran təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu komanda.az-a açıqlamasında futbolçunun İspaniyaya yollandığını təsdiqləyib:

“Bəli, Elnur İspaniyaya yollanıb. Ancaq “Ovyedo”dan bizə heç bir müraciət olmayıb. Sadəcə, Elnur bu komandaya baxışa yollanacağı barədə kluba məlumat verib. O, artıq İspaniyadadır”.

“Ovyedo” hazırda İspaniya Sequndasında 3-cü pillədə qərarlaşıb. Komanda 25 turdan sonra 42 xalla 3-cü pillədə qərarlaşıb. “Ovyedo” lider “Alaves”dən 5 xal geri qalır.

Xatırladaq ki, millimizin üzvü Eddi İsrafilov da Sequndada çıxış edir. O, qış transfer pəncərəsində “Kordoba”yla anlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm