Ruslar Türkiyəyə getdiklərinə peşman oldular - VİDEO/FOTO
Bizi izləyin

İdman

Ruslar Türkiyəyə getdiklərinə peşman oldular - VİDEO/FOTO

Bu gün UEFA Avropa Liqasında fasilə başa çatıb.

Turnirin 1/16 final mərhələsinin ilk matçı İstanbulda oynanılıb. “Fənərbağça” komandası Şükrü Saracoğlu stadionunda Moskva təmsilçisi “Lokomotiv”lə üz-üzə gəlib. İsveçli hakimlər briqadasının idarə etdiyi qarşılaşma qardaş ölkənin klubunun “Lokomotiv” üzərində inamlı qələbəsi ilə başa çatıb. Görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ keçirən “sarı lacivertli”lər 90 dəqiqə ərzində topa hakim olmağı bacarıb. “Fənərbağça”nın heyətində Josef de Souza oyunda dubla imza atıb. Souza 18-ci dəqiqədə Rusiya klubunun qapısını sirkələyib -1:0.

İstanbul klubu ikinci hissədə də əzmkar oyun göstərib. Yenə Souza 72-ci dəqiqədə özünün və komandasının ikinci qolunu rəqib qapısından keçirib -2:0. Bu inamlı qələbə ilə “Fənərbağça” fevralın 25-də komandalar arasında keçiriləcək revanş oyunu üçün təşəbbüs əldə etmiş olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm