Rus futbolçunun İstanbul təxribatı: meydana Putinin təsviri ilə çıxdı - FOTOLAR
Bizi izləyin

İdman

Rus futbolçunun İstanbul təxribatı: meydana Putinin təsviri ilə çıxdı - FOTOLAR

Avropa Liqasının 1/16 final oyununda Türkiyənin “Fənərbaxça” futbol klubu ilə oynamaq üçün İstanbula gələn Moskvanın “Lokomotiv” klubunun yarımmüdafiəçisi Dmitri Tarasov Avropa Futbol Federasiyası Assosiasiyası (UEFA) tərəfindən cəzalandırılacaq.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, buna səbəb Dmitri Tarasovun meydanda Rusiya prezidenti Vladimir Putinin təsviri olan köynəyini nümayiş etdirməsidir.

UEFA matçlarda siyasi aksiyaların keçirilməsinə icazə vermir. “R-Sport”un UEFA-dakı mənbəyinin sözlərinə görə, rus klubunun yarımmüdafiəçisi ən azı 10 oyun diskvalifikasiya ola bilər. “İndiki halda intizam reqlamentinin pozulması və aşkar təxribatdan söhbət gedir”, - mənbə qeyd edib.

Tarasovun geyindiyi köynəyin üzərindəki Putinin təsvirinin altında “Ən nəzakətli prezident” yazısı olub. Futbolçu öz hərəkətini belə izah edib ki, dövlət başçısına dəstəyini ifadə etmək istəyib: “Bu, mənim prezidentimdir. Mən ona hörmət edirəm və göstərmək istədim ki, hər yerdə onunlayam və dəstəkləməyə hazıram”.

Qeyd edək ki, dünən keçirilən matç İstanbul klubunun 2-0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu fevralın 25-də Moskvada keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm