• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Bakıda keçiriləcək böyük turnirin vaxtı dəyişdirildi

  • İdman
  • 17 Fevral 2016 13:25
  • 736 Baxış
Bakıda keçiriləcək böyük turnirin vaxtı dəyişdirildi

Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının keçirilmə vaxtı dəyişdirilib.

Publika.az xəbər verir ki, ölkəmizdə ilk dəfə təşkil olunacaq yarış nəzərdə tutulduğu tarixdən tez başlayacaq.

Belə ki, Olimpiadanın paytaxtımızda bu ilin sentyabrın 14-30-da baş tutması planlaşdırılırdı. Lakin ölkəmizdə sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə bağlı turnir irəli çəkilib.

FİDE-nin yeni qərarına əsasən yarış sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Bakıda təşkil olunacaq FİDE-nin konqresi isə sentyabrın 4-14-nə təsadüf edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR