• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

Qərar verildi - “Toxunulmaz” şəxslər də qorxuya düşdü - ÖZƏL

  • İdman
  • 17 Fevral 2016 12:22
  • 2 020 Baxış
Qərar verildi - “Toxunulmaz” şəxslər də qorxuya düşdü - ÖZƏL

Azərbaycan Ağır Atletika Federasiyasının problemləri davam edir.

Publika.az-ın əldə etdiyi məlumata görə, qurum artıq bəzi legionerləri ilə vidalaşmaq qərarına gəlib. Növbəti dəfə cəza almaq təhlükəsi ilə üz-üzə olan federasiyanın bu qərarı almasına səbəb yenilik etməkdir.

Rəhbərliyin qərarına əsasən milliyə yeni və gənc idmançılar daxil ediləcək. Bu atletlərin seçimində də idman klublarının önəmi var.

AZAL İdman Klubundan ümidi kəsilən federasiya alternativ yollara əl atmaq niyyətindədir. Azərbaycan Ağır Atletika Federasiyası hətta bunun üçün Nicat Rəhimova təkilif göndərmək fikrindədir. Millimizdə problemlər yaşadığı üçün Qazaxıstanda çıxış etməyi üstün tutan ağır atletimiz N.Rəhimovun bu təklifə necə baxacağı maraq doğurur.

Federasiya ilə bağlı əldə etdiyim daha bir məlumata görə, AAAF-da artıq yerdəyişmələrə start verilib. Bəzi səlahiyyətli şəxsləri “kreslo”sundan qaldırmaq qərarına gələn rəhbərlik bu gedişlə “toxunulmaz” sayılan şəxslərə də toxunmaq fikrindədir.

Federasiyada “toxunulmaz” hesab edilən şəxslərdən biri, qurumda baş katib vəzifəsində çalışan Yavər Hacıyevin də postunu tərk edəcəklər siyahısına salınacağı guman edilir. İndi AAAF-dakı hər kəs postunu itirmək qorxusu ilə yaşayır.

Xatırladaq ki, Azərbaycan Ağır Atletika Federasiyası növbəti cəza ilə üz-üzə qalıb. Yığmamızın 6 idmançısının orqanizmində istifadəsi qadağan olunan dərman preparatı tapıldığı üçün Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ölkəmizə cəza tətbiq edib. Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Elxan Əliquluzadə (77 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) A testindən keçə bilməməyi AAAF-a baha başa gəlib. Belə ki, 2014-cü ildə 18 idmançımızın dopinqdə “ilişməsi” səbəbindən 500 min dollar cərimələnən federasiyamız bu dəfə daha 200 min dollar ödəməlidir. Əks halda, yığmamızın Rio Olimpiadasında iştirakına qadağa qoyulacaq.

Düzdür, 6 atletimizin B testi müsbət nəticələnəcəyi halda, onların ömürlük diskvalifikasiya olunması ilə yanaşı, 4 lisenziyamız da ləğv olunacaq. Lakin gələn il Avropa çempionatında ən azı qadınlardan ibarət komandamızın Olimpiadaya 1 vəsiqə əldə edəcəyi proqnozlaşdırılır. Hər halda, B testinin cavablarını da gözləməyə məcburuq.

Onu da bildirək ki, cəzanın beynəlxalq qurum tərəfindən 2016-cı ilin yanvarında tətbiq olunacağı gözlənilirdi. Ancaq beynəlxalq federasiya qərar verməyi bir az gecikdirir.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR