Jurnalist Ronaldonu mətbuat konfransından qovdu – VİDEO
Bizi izləyin

İdman

Jurnalist Ronaldonu mətbuat konfransından qovdu – VİDEO

“Real”ın ulduz futbolçusu Kristiano Ronaldo mətbuat konfransı zamanı jurnalistin ona ünvanladığı suala əsəbiləşərək, zalı tərk edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, K.Ronaldo “Selta” ilə oyunda 11 metrlik cərimə zərbəsi zamanı argentinalı futbol ulduzu Lionel Messinin etdiyi hərəkətə də münasibət bildirmək istəməyib: “Messinin 11 metrlik cərimə zərbəsi zamanı nə üçün bu cür hərəkət etdiyinin səbəbini bilmirəm, bu barədə danışmaq istəmirəm. Siz necə düşünürsünüzsə, düşünün”.

Daha sonra jurnalistin ona ünvanladığı “Son mövsüm səfər oyunlarında nə üçün az qol vurursunuz?” sualı Ronaldonu özündən çıxarıb. Portuqaliyalı ulduz bu suala əsəbi halda belə cavab verib: “İspaniyaya gələndən bəri səfər oyunlarında məndən çox qol vuran futbolçu var? Əgər varsa, adını söylə. Göstərə bilməzsən, çünki elə futbolçu yoxdur”.

Daha sonra K.Ronaldo brifinq keçirilən zalı tərk edib. Zalda iştirak edən baş məşqçi Zinəddin Zidan isə Ronaldonun bu hərəkətinə gülüşlə reaksiya verib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm