Rəşad Sadıqovun başına 6 tikiş qoyuldu
Bizi izləyin

İdman

Rəşad Sadıqovun başına 6 tikiş qoyuldu

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun başına tikiş qoyulub.

Publika.az xəbər verir ki, millinin də kapitanı olan futbolçu Azərbaycan Premyer Liqasının 21-ci turunda "Kəpəz"lə səfər oyunundan (2:1) sonra cərrah stoluna uzanmalı olub. Rəşad “Kəpəz”in futbolçusu Julien Ebahla təkbətək mübarizədə başından zədə almışdı və oyunu sarğı ilə davam etdirmək məcburiyyətində qalmışdı.

Bu zədəyə görə Sadıqovun başına altı tikiş qoyulub. Amma təcrübəli müdafiəçinin növbəti turun "Neftçi"ylə matçına çıxmasında problem olmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm