Bakı Dünya Kubokuna hazırdır!
Bizi izləyin

İdman

Bakı Dünya Kubokuna hazırdır!

Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kubokunun ilk mərhələsinin başlanmasına artıq sayılı günlər qalıb.

Publika.az xəbər verir ki, Milli Gimnastika Arenası (MGA) və Azərbaycan Gimnastika Federasiyasının (AGF) müvafiq xidmət sahələri 18 ölkədən olan iştrakçıları qəbul etməyə hazırdır.

Bakıdakı turnir yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Müxbir və televiziya jurnalistlərini Dünya Kubokuna ezam edən Yaponiyada yarışların geniş işiqlandırılması gözlənilir.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov turnirin ən yüksək təşkilatçılıq səviyyəsində keçəcəyini gözlədiyini deyib:

“Bizdə, hava limanında qarşılamadan tutmuş son mükafatlandırmaya qədər, artıq hər şey hazırdır. Ümid edirəm ki, bizim komanda Kubok ərzində nizamlı surətdə çalışacaq və hamı xoş təəssüratlarla geri dönəcək. Bizim idmançıların iştirakına gəldikdə isə, əminəm ki, həm kişi, həm də qadın yığma komandası idman gimnastikası həvəskarlarını öz çıxışları ilə sevindirəcək. Mən, həmçinin bütün azarkeşləri 19-21 fevral tarixlərində MGA-nın tribunalarını doldurmağa, öz iştrakçılarımızı dəstəkləməyə və bizmlə birgə bu idman bayramını yaşamağa çağırıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm