Deputatlar da işə qarışdı – Bu anlaşma araşdırılsın
Bizi izləyin

İdman

Deputatlar da işə qarışdı – Bu anlaşma araşdırılsın

İspaniyanı Avropa Parlamentində təmsil edən deputatlar Qaret Beylin “Real”a keçidinin araşdırılmasını tələb edirlər.

Publika.az xəbər verir ki, deputatlar Daniel Dalton, Sander Lones və Ramon Tremos hesab edirlər ki, Qaret Beylin transferi zamanı vergi ödəyicilərinin pulundan istifadə edilib.

Kataloniya partiyasını təmsil edən deputatların iddiasına görə, Beylin alınması zamanı “Bankia” bankının vəsaitindən istifadə edilib. Bu bankın isə maliyyə problemləri olub. Bu problemlər də ictimai fondların vəsaiti hesabına həll edilib.

Onlar hesab edirlər ki, Beyl məsələsində “Real” vergi ödəyicilərinin pulundan yararlanıb və rəqabət mühitini pozub.

Beyl “Real”a 2013-cü ildə 101 milyon avro qarşılığında “Tottenhem”dən keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm