Qonaqlar ev sahibini belə əsəbiləşdirdi - VİDEO
Bizi izləyin

İdman

Qonaqlar ev sahibini belə əsəbiləşdirdi - VİDEO

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir. Dünən daha iki qarşılaşma keçirilib.

Publika.az xəbər verir ki, "Roma" evdə "Real"la qarşılaşıb. Olimpiya stadionunda keçirilən oyunda 2:0 hesabıyla qalib gələn "Kral klubu" cavab oyunu öncəsi böyük üstünlük qazanıb.

Günün digər oyununda isə "Gent" evdə "Volfsburq"u qəbul edib. Belçikalılar oyunun gedişində 0:3 hesabıyla geri düşsələr də, sonradan iki qol vurmağa müvəffəq olublar. Ancaq bu, onları məğlubiyyətdən xilas etməyib. İlk oyunda səfərdə 3:2 hesabıyla qalib gələn "Canavarlar" cavab oyununa bir qədər rahat çıxacaq.

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

17 fevral

23:45 Gent (Belçika) - Volfsburq (Almaniya) 2:3

Qol: Kums, 80, Kulibali, 89 - Draksler, 44; 54. Kruze, 60.

Baş hakim: Sveyn Oddvar Moen (Norveç).

Gent. "Gent" stadionu.

23:45 Roma (İtaliya) - Real (İspaniya) 0:2

Qol: Ronaldo, 57. Xese, 86.

Baş hakim: Pavel Kralovets (Çexiya).

Roma. Olimpiya stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm