NAZ AÇ-2016-nın sponsoru oldu
Bizi izləyin

İdman

NAZ AÇ-2016-nın sponsoru oldu

NAZ şirkəti Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının rəsmi nəqliyyat tərəfdaşı olacaq.

Publika.az xəbər verir ki, bunun qarşılığında şirkət bir sıra üstünlüklər əldə edib. NAZ çempionatın loqosundan istifadə hüququ, eksklüziv məhsul kateqoriyası, azarkeşlər, VİP və media üçün xüsusi hədiyyələrin hazırlanması hüququ, rəsmi oyun proqramında 1 səhifəlik reklam yeri, 4 ədəd meydança ətrafı reklam (6 x 0.9 metr), media fonda loqo, oyun biletlərində loqo, rəsmi posterdə loqo, təbliğat materiallarında loqo, UEFA-nın saytındakı UEFA U-17 səhifəsində loqo və digər üstünlüklərdən yararlana biləcək.

Öz növbəsində, şirkət çempionatın püşkatma mərasimi üçün Yerli Təşkilat Komitəsini 15, turnir zamanı istifadə üçün isə 60 avtomobillə təmin edəcək.

Yaxın günlərdə avtomobillərin təqdimatı keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının oyunları 5-21 mayda Bakının 4 stadionunda təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm