Bütün dövrlərin ən yaxşı Almaniya millisi
Bizi izləyin

İdman

Bütün dövrlərin ən yaxşı Almaniya millisi

Biz gələcəyə getməsək də, gələcək bizi çəkib aparır. Bəzən yaşananları buraxıb getmək istəməsək də, ayaqlarımız sözümüzə baxmır. Gedirik. Burada vacib olan xatirələri unutmamaqdır. Necə deyərlər, keçmiş xatirələrdə, gələcək isə xəyallarda yaşamalıdır.

Futbola könül verənlər də bəzən zamanın sürətlə addımlamasına təəssüflənir. Bu da başadüşüləndir. Təsəvvür edin ki, yaşıl meydanlarda xarüqələr yaradan, oyunuyla, davranışlarıyla milyonların qəlbinə yol tapan futbolçular 10-15, uzağı 20 ildən sonra səhnəni tərk edir və unudulmağa başlayır. Hərçənd sadiq azarkeşlər, futbola, futbolçuya qiymət verməyi bacaranlar tarixdə iz buraxan top sehrbazlarını heç vaxt unutmur.

Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir. Publika.az da futbolsevərlərə tarixi unutmamaq üçün yeni “hədiyyə” təqdim edir. “Ən yaxşılar” rubrikasında ayrı-ayrı ölkələrin tarixində iz qoyan futbolçuların “rəmzi 11-liy”I yeq alacaq. Başlayaq sonuncu dünya çempionu Almaniyadan.

Qapıçı: Oliver Kan

Müdafiə: Filip Lam, Frans Bekkenbauer, Berti Foqts, Paul Braytner;

Yarımmüdafiəçilər: Frits Valter, Lotar Matteus, Mattias Zammer, Günter Netser;

Hücumçular: Herd Müller, Miroslav Kloze;

Baş məşqçi: Helmut Şön.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm