• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

Bakıda möhtəşəm açılış mərasimi və 2 xoş xəbər

  • İdman
  • 19 Fevral 2016 17:35
  • 987 Baxış
Bakıda möhtəşəm açılış mərasimi və 2 xoş xəbər

Bu gün Bakıda idman gimnastikası üzrə "Çelenc Kuboku"nun açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasim yarışların keçirildiyi Milli Gimnastika Arenasında baş tutub. Kubok uğrunda 19 ölkədən ümumilikdə 146 iştirakçı mübarizə aparır. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 44 kişi və 22 qadın gimnast mübarizə aparır.

Qeyd edək ki, yarış 3 gün davam edəcək. Bağlanış mərasimi fevralın 21-də Milli Gimnastika Arenasında keçiriləcək.

Artıq ilk yarış günündən xoş xəbər də var. Azərbaycanın qadın idman gimnastı Mariya Smirnova dayaqla tullanma yarışında ilk 8-liyə adını yazdıraraq finala yüksəlib. M.Smirnovanın aktivində 13.150 xal var.

Bundan başqa, kişi gimnast Petro Paxnyuk sərbəst hərəkətlər üzrə yarışlarda finala vəsiqə qazanıb. 14,950 bal toplayan Paxnyuk siyahıda ikinci olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR