• USD 1,7000 0,00% EUR 1,8725 -0,17%
    • GBP 2,1844 -0,09% RUB 0,0265 -0,38%

FHN-in qurumları arasında daşqaldırma çempionatı keçirilib

  • İdman
  • 19 Fevral 2016 19:11
  • 758 Baxış
FHN-in qurumları arasında daşqaldırma çempionatı keçirilib

18-19 fevral tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılğı ilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 18 saylı Yanğından Mühafizə Hissəsinin idman zalında qurumlar arasında daşqaldırma üzrə çempionat keçirilmişdir.

Publika.az xəbər verir ki, çempionatda nazirliyin 17 qurumunun 75-ə yaxın nümayəndəsi 24 kq daşlarla öz gücünü - 60, 65, 70, 80, 90 və 90 kq-dan yuxarı çəki dərəcəsində sınamışdır. Əvvəlcə birdən qaldırma, daha sonra təkan çalışmaları yerinə yetirilmişdir. Gərgin mübarizə şəraitində keçən yarışda qaliblər müəyyənləşib.

Komanda hesabında

1-ci yer: Mülkü Müdafiə Qoşunları

2-ci yer: Dövlət Yanğından Mühafizə Xidməti

3-cü yer: Xüsusi Riskli Xilasetmə Xidməti layiq görülüb.

Şəxsi birincilikdə

60 kq çəkidə

1-ci yer: İsgəndərov Orxan (DYMX)

2-ci yer: Həmzəyev İkram (MMQ)

3-cü yer: Məmmədov Aqşin (Cənub RM)

65 kq çəkidə

1-ci yer: Qurbanov Tural (FHN-nin Akademiyası)

2-ci yer: Heybətov Elmar (DSXX)

3-cü yer: Abbaslı Valeh (MMQ)

70 kq çəkidə

1-ci yer: Zeynalov Zeynal (Aran RM)

2-ci yer: Quliyev Samir (Cənub RM)

3-cü yer: Hacızadə Kənan (MMQ)

80 kq çəkidə

1-ci yer: Məmmədov Mətləb (MMQ)

2-ci yer: Hüseynov Emin (Cənub RM)

3-cü yer: Süleymanov Mehdi (XRXX)

90 kq çəkidə

1-ci yer: Məcidov Məhərrəm (DYMX)

2-ci yer: Eskəndərov Rüfət (BVİM)

3-cü yer: Hacıyev Orxan (KHGD)

90+ kq çəkidə

1-ci yer: Əliyev Mail (MMQ)

2-ci yer: Şirəliyev Rəfael (ŞRM)

3-cü yer: Qarayev Zabit (DYMX) layiq görülüb.

İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalibləri təbrik edərək, onları kubok, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

Qeyd edək ki, çempionata beynəlxalq dərəcəli hakim Azad Mustafayev, respublika dərəcəli hakim Həmzə Əfəndiyev hakimlik etmişdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR