“Kəpəz” yenə “İnter”lə bacarmadı - VİDEO
Bizi izləyin

İdman

“Kəpəz” yenə “İnter”lə bacarmadı - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasının 22-ci turuna start verilib.

Publika.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub. "İnter" evdə "Kəpəz"i qəbul edib.

Turnir cədvəlində qonşu olan komandalar cari mövsümdə üçüncü dəfə üz-üzə gəliblər. Əvvəlki oyunlardan Bakıda baş tutmuş matçda "bankirlər" qalib gəlmiş (1:0), Gəncədəki oyunda isə qalib müəyyənləşməmişdi (0:0). Budəfəki qarşılaşmada qələbə qazanan yenə "İnter" olub - 1:0. Bu, bakılıların yeni ildə ilk qələbəsi olub.

Azərbaycan. Premyer Liqa, 22-ci tur

19 fevral

İnter - Kəpəz 1:0

Qol: Nizami Hacıyev, 55.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm