UEFA tədbirində "Qəbələ"nin təqdimatı
Bizi izləyin

İdman

UEFA tədbirində "Qəbələ"nin təqdimatı

Fevralın 18-də Bakıda AFFA-nın təşkilatçılığı ilə klubların lisenziyalaşdırılması üzrə UEFA-nın seminarı keçirilib.

Axar.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə UEFA-nın nümayəndələri ilə yanaşı, İspaniya, Rumıniya, Macarıstan, Türkiyə, Rusiya, Slovakiya, Çexiya, Ukrayna, Belarus, Latviya, Gürcüstan, Litva, Qazaxıstan və Moldova futbol federasiyalarının lisenziyalaşdırma üzrə mütəxəssisləri iştirak edib.

Seminarda AFFA-nın lisenziyalaşdırma qrupunun üzvləri ilə yanaşı “Qəbələ” İdman Klubunun insan resursları və lisenziyalaşdırma üzrə meneceri Safura Mikayılova da təqdimat keçirib. Klubun 10 illik fəaliyyətini əhatə edən təqdimatda iştirakçılara "Qəbələ"nin tarixi, strukturu, departamentləri, infrastrukturu, futbol akademiyası, futbolun kütləviləşdirilməsi, digər idman növləri, marketinq və kommersiya fəaliyyətləri barədə ətraflı məlumat verilib. Bundan əlavə təqdimatda lisenziyalaşdırma prosesinin klubun peşəkar fəaliyyətinə müsbət təsirlərindən və son dövrdə beynəlxalq yarışlarda klubun qazandığı təcrübədən bəhs olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm