İsveçli idmançı: Bakıda fantastik publika var
Bizi izləyin

İdman

İsveçli idmançı: Bakıda fantastik publika var

Bakıda fantastik publika var və bu, zalda unikal ab-hava yaradır. Bunu Trend-ə isveçli gimnast Emma Larsson deyib.

O, Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda tirdə hərəkətlərdə ikinci nəticə göstərərək finala çıxıb.

İdmançı hərəkətin icrasında buraxdığı kiçik qüsura rəğmən, çıxışından razı qaldığını vurğulayıb.

İlk dəfə Bakıya gəldiyini deyən gimnast Milli Gimnastika Arenasında yaradılmış şəraitdən razı qaldığını bildirib: "Şəhərinizi sevdim, burada çox qonaqpərvər insanlar var. Arenanız da çox möhtəşəmdir".

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm