“Qarabağ” əzəli rəqibini məğlub etdi
Bizi izləyin

İdman

“Qarabağ” əzəli rəqibini məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tur fevralın 20-də “Qarabağ”-“Neftçi” qarşılaşması ilə davam edib.

Turun mərkəzi görüşü Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilib. Son iki mövsümün çempionu və hazırkı lider “Qarabağ” əzəli rəqibi “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. Bununla da cari mövsümdə keçirdiyi iki görüşün heç birində Ağdam klubuna məğlub olmayan “Neftçi” bu dəfə uğurlu seriyanı davam etdirə bilməyib. Meydan sahibi komanda qarşılaşmanın 8-ci dəqiqəsində Samuel Armenterosun qolu ilə hesabı açıb. İkinci hissənin 80-ci dəqiqəsində isə “Qarabağ”ın heyətində Dani fərqlənib.

Beləliklə, bu qələbə sayəsində Qurban Qurbanovun komandası 47 xalla liderliyini bir qədər də möhkəmləndirib. “Neftçı” isə 31 xalla altıncı pillədə qalıb.

Qeyd edək ki, XXII turun sonuncu iki oyunu fevralın 21-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm