Almaniyadan ilk medal
Bizi izləyin

İdman

Almaniyadan ilk medal

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə beynəlxalq Qran-Pri turniri davam edir. Azərbaycan Cüdo Federasiyasından Publika.az-a verilən məlumata görə, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Belə ki, millimiz aktivinə mötəbər turnirin ilk medalını yazıdırıb. 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov ikinci pilləni tutub.

Cüdoçumuz finala gedən yolda belaruslu Aleksey Ramançuk, qazaxıstanlı Didar Həmzə, monqolustanlı Xadbatar Naranxu üzərində qələbə qazanıb.

Rüstəm yarimfinalda Gürcüstan cüdoçusu, London olimpiadasinin qalibi Laşa Şavdatuaşvilini məğlub edib. Lakin həlledici görüşdə Yaponiya təmsilçisi, dünya çempionu Şoşei Onoya uduzan Orucov Qran-Prinin gümüş medalını qazanıb.

Digər cüdoçularımız – Əbdülhəq Rəsullu və Rüstəm Alimli isə (hər ikisi 81 kq) mübarizəni erkən dayandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm