“Zirə” Lənkərandan əlidolu qayıdır
Bizi izləyin

İdman

“Zirə” Lənkərandan əlidolu qayıdır

Bu gün Premyer Liqanın 22-ci turu çərçivəsində “Xəzər Lənkəran” komandası doğma meydanda paytaxtın “Zirə” kollektivini qəbul edib.

Publika.az xəbər verir ki, baş hakim Ramil Diniyevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 2:0. “Zirə”nin ilk qolunu matçın 16-cı dəqiqəsində Yovan Krneta vurub. Oyunun 73-cü dəqiqəsində isə Nelson Bonilla fərqlənib.

Bu görüşdən sonra xallarının sayını 41-ə çatdıran “Zirə” ikinci sıradakı yerini daha da möhkəmləndirib. “Xəzər Lənkəran” isə 13 xalla doqquzuncu sırada qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm