AAAF-da ilk “qurban” seçildi – ÖZƏL
Bizi izləyin

İdman

AAAF-da ilk “qurban” seçildi – ÖZƏL

Azərbaycan Ağır Atletika Federasiyasının problemləri bitmək bilmir. Federasiyada kresloların “laxlaması” barədə məlumat vermişdik.

Publika.az-ın əldə etdiyi məlumata görə, qurumda müəmmalı vəziyyət davam edir. Artıq ilk qurban seçilib. Belə ki, federasiya yığma komandanın baş məşqçisi polşalı mütəxəssis Miroslav Çoroşla yolları ayırıb. Aldığımız məlumata görə, polşalı mütəxəssis qurumda bəzi “toxunulmazlar”ın oyuncağı olmadığı üçün yola salınıb. Milli komandanın baş məşqçisi biabırçı şəkildə qurumdan qovulub.

M.Çoroşa zəng olunub ki, axşam otağı boşalt, “gediş bilet”in hazırdır.

Bu xəbər Nizami Paşayevin işinə yarayıb. Polşalı mütəxəssisin koməkçisi kimi çalışan Avropa və 4 qat dünya çempionu baş məşqçi postuna yiyələnib.

İddialara görə, bir vaxtlar keçmiş məşqçi Zlatan Vanevin köməkçisi işləmək istəməyib istefa verən Nizami Paşayev polşalı mütəxəssis Miroslav Çoroşun postundan uzaqlaşdırılmasına səbəb olub. Onun “səyləri” nəticəsində polşalı evinə yollanıb...

Bununla bağlı Nizami Paşayevin də fikirlərini yayımlamağa hazırıq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm