• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Dünya reytinqi: Azərbaycan ilk onluqda

  • İdman
  • 22 Fevral 2016 13:36
  • 642 Baxış
Dünya reytinqi: Azərbaycan ilk onluqda

Futzal yığmalarının yeni reytinq cədvəli açıqlanıb.

Publika.az xəbər verir ki, Azərbaycan millisi dünya reytinqində irəliləyib. Serbiyada keçirilən Avropa çempionatından sonra 11-ci yerə yüksələn yığmamız daha bir pillə irəliləyib. Yığmamız bu gün açıqlanan siyahıda “ilk onluğ"a daxil olub. Komandamız 1395 xalla planetin 10-cu yığmasıdır.

Millimizin irəliləməsinə Yaponiya səbəb olub. "Gündoğar ölkə" təmsilçisi son siyahı ilə müqayisədə 3 pillə geriləyib. 51 xal itirən asiyalılar 9-cu yerdən 12-ci pilləyə enib. Nəticədə Qazaxıstan, Azərbaycan və Serbiya hərəyə 1 pillə irəliləyib.

DÇ-2016-nın pley-off mərhələsində komandamızın rəqibi olan Hollandiya isə 1237 xalla 22-ci yerdə qərarlaşıb.

158 komandanın yer aldığı siyahıya İspaniya başçılıq edir - 1948 xal. Braziliya (1919) ikinci, Rusiya (1740) 3-cü pillədə yer alıb.

Dünyanın ən güclü 10 millisi

1. İspaniya - 1948

2. Braziliya - 1919

3. Rusiya - 1740

4. İtaliya - 1656

5. İran - 1626

6. Argentina - 1620

7. Portuqaliya - 1550

8. Ukrayna - 1484

9. Qazaxıstan - 1441

10. Azərbycan - 1395

Xəbər lenti

DAHA ÇOX XƏBƏR