Türkiyəli müəllim Bakıda “Qarabağ” forması tapmadı
Bizi izləyin

İdman

Türkiyəli müəllim Bakıda “Qarabağ” forması tapmadı

Azərbaycanda qonaq olan İstanbul Kültür Universitetinin idman marketinqi üzrə dosenti Volkan Ekin maraqlı fakt açıqlayıb.

Publika.az xəbər verir ki, Azərbaycanı ürəkdən sevdiyini qeyd edən universitet müəllimi ötən gün Bakıda qarşılaşdığı qəribə olaydan danışıb:

“Azərbaycanın Ermənistan tətəfindən işğal edilən Qarabağ bölgəsi adına futbol klubu var. Biz bu klubun oyunlarını çox maraqla izləyirik, “Qarabağ”ın qazandığı qələbələri az qala zəfər kimi qiymətləndiririk. Bir neçə gündür ki, ailəmlə birlikdə Bakıda qonağam. Burda olduğum müddətdə oğlum üçün “Qarabağ” klubunun idman formasını almağa çalışdım. Bunun üçün Bakının mərkəzi hissəsində əksər mağazalara baş çəkdim. Ancaq bir forma tapa bilmədim. Hansı dükana və ya iri ticarət mərkəzlərinə baxdımsa, dedilər “yoxdur”. Bunun əksinə olaraq, satışda “Barselona”, “Yuventus”, “Real Madrid”, “Qalatasaray”, “Fənərbaxça” kimi xarici klubların formalarını asanlıqla tapmaq olar. “Qarabağ”ın formasını haradan ala biləcəyimizi kimdən soruşurduq, öncə fikirləşir, sonra bəzi yerlər göstərirdilər. Amma həmin yerlərə baş çəksək də, əliboş qayıtmalı olduq. Bu, mənfi bir haldır. Formanın kütləvi satışı hər bir klubun tanınmasında mühüm rol oynayır və fikrimcə, məsələyə diqqət edilməlidir. Çünki bu çox vacibdir”,- deyə Volkan Elkin qeyd edib. (modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm