Kabus dolu 4 oktyabrı xatırlayırsınız?
Bizi izləyin

İdman

Kabus dolu 4 oktyabrı xatırlayırsınız?

Azərbaycan Premyer Liqasının 23-cü turunun oyunları fevralın 27-də keçiriləcək.

Publika.az xəbər verir ki, turun oyunlarının eyni gündə - ayın 27-də keçirilməsi planlaşdırılıb. Təbii ki, oyunların canlı yayımlanmasına görə plan pozulmasa...

Turnir cədvəlinin zirvəsində olanları - “Qarabağ” və “Zirə”ni bu tur çətin sınaq gözləyir. “Köhlən atlar” “İnter”in qonağı olacaq. “Zirə” isə hələ də avrokubok iddiasından əl çəkməyən “Neftçi”ni qonaq edəcək.

“Qəbələ”nin işi isə bu tur asan olmalıdır. Roman Qriqorçukun komandası maliyyə problemləri içində boğulan “Xəzər Lənkəran”ı qəbul edəcək. Həmin “Xəzər Lənkəran”ı ki, “Qırmızı-qaralar” 7-ci turda (4 oktyabr, 2015-ci il) bu komandanın qapısından nə az, nə çox, düz 6 cavabsız top keçirmişdi.

Azərbaycan. Premyer Liqa, 23-cü tur

27 fevral

Zirə - Neftçi

Qəbələ - Xəzər Lənkəran

AZAL - Rəvan

İnter - Qarabağ

Kəpəz - Sumqayıt

Oxumağa davam et
Reklam
Reklam

Gündəm