Kliçko Rio Olimpiadasında döyüşəcək? – Sabah bilinəcək
Bizi izləyin

İdman

Kliçko Rio Olimpiadasında döyüşəcək? – Sabah bilinəcək

Beynəlxalq Boks Federasiyası (BBF) peşəkar boksçuları Olimpiya Oyunlarına buraxmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna mətbuatı məlumat yayıb. Aydın səmada şimşək effekti verən bu qərar fevralın 24-də təşkilatın xüsusi komissiyasının Mançesterdə keçiriləcək iclasında qəbul edilə bilər.

Qeyd edək ki, hazırda Olimpiadada peşəkar boksçular üçün müəyyən məhdudiyyət var. Belə ki, olimpiadada yalnız qonorar qarşılığında 15-dən az döyüş keçirən idmançılar iştirak edə bilirlər. Lakin bu qərar qəbul edilsə, AİBA Rio-2016-ya yaşından və təcrübəsindən asılı olmayaraq, bütün peşəkar boksçuları buraxacaq.

Yeri gəlmişkən, bir müddət əvvəl məşhur peşəkar boksçu Vitali Kliçko bu il Braziliyada keçiriləcək Olimpiadada çıxış etmək arzusunu dilə gətirmişdi. Bundan başqa, Ukrayna Milli Olimpiya Komitəsi Vasili Lomaçenko və Aleksandr Usikin də Rioda Ukrayna üçün döyüşə biləcəyini bəyan edib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm