ABŞ-ın gizli namizədi bəlli oldu
Bizi izləyin

İdman

ABŞ-ın gizli namizədi bəlli oldu

ABŞ futbolun köməyi ilə dünyada siyasi nüfuzunu möhkəmləndirmək istəyir.

Publika.az xəbər verir ki, belə iddia ilə Jozef Blatterin müşaviri Klaus Ştolker çıxış edib. O bildirib ki, FİFA-da keçiriləcək seçkilərdə şahzadə Əli bin Əl-Hüseyn ABŞ-ın gizli namizədidir:

“Şahzadə Əli bin Əl-Hüseyn, demək olar ki, çarəsiz vəziyyətdədir. Hətta Asiya konfederasiyası onu müdafiə etmir. Ancaq şahzadə ABŞ-ın gizli namizədidir. Onlar şahzadənin köməyilə dünyada siyasi nüfuzlarını artırmaq istəyirlər.

FİFA-nın Sürix şəhərində yerləşən mənzil-qərargahında oturan, ABŞ-dan olan hüquqşünaslar dünyanın ən böyük idman ittifaqının əhəmiyyətini indi anlayırlar. ABŞ Avropa futboluna daha çox diqqət ayırmalıdır. Çünki bu ölkədə yaşayan latın amerikalılar və asiyalılar Avropa futbolunu sevirlər. Bundan əlavə, kim FİFA-ya nəzarət edirsə, onun siyasi nüfuzu da yüksək olur.

Şahzadə Əli korrupsiya əleyhinə çıxış edəcək və öz maaşını xeyriyyə təşkilatlarına verəcək. Ancaq onda futbol top-menecerliyi keyfiyyətini görənlər çox azdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm