ÇL: PSV – “Atletiko”, “Dinamo” – “Mançester Siti”
Bizi izləyin

İdman

ÇL: PSV – “Atletiko”, “Dinamo” – “Mançester Siti”

Bu gecə keçiriləcək 2 qarşılaşmayla futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Publika.az xəbər verir ki, Hollandiyanın PSV klubu doğma azarkeşlər önündə Madrid "Atletiko"sunu qəbul edəcək. Komandalar Eyndhoven şəhərindəki "Filips" stadionunda üz-üzə gələcəklər. Matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək. Görüş italiyalı referi Danielo Orsatoya həvalə olunub.

Gecənin digər qarşılaşması Ukraynanın paytaxtı Kiyevdə olacaq. Yerli "Dinamo" İngiltərənin "Mançester Siti" komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. D qrupunu 12 xalla ilk pillədə başa vuran "Şəhərlilər" və G qrupunu 11 xalla ikinci pillədə bitirən Kiyev təmsilçisi arasındakı görüş ispaniyalı referi Antonio Mateo Laosa həvalə olunub. Kiyevdəki "Olimpiyskiy" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

24 fevral

23:45 PSV (Hollandiya) - Atletiko (İspaniya)

Baş hakim: Danielo Orsato (İtaliya)

Eyndhoven. "Filips" stadionu

23:45 Dinamo (Kiyev, Ukrayna) - Mançester Siti (İngiltərə)

Baş hakim: Antonio Mateo Laos (İspaniya)

Kiyev. "Olimpiyskiy" stadionu

Qeyd edək ki, digər oyunlarda PSJ (Fransa) "Çelsi"ni (İngiltərə) 2:1, "Benfika" (Portuqaliya) "Zenit"i (Rusiya) 1:0, "Volfsburq" (Almaniya) səfərdə "Gent"i (Belçika) 3:2, "Real Madrid" (İspaniya) isə "Roma"nı (İtaliya) 2:0 hesabı ilə məğlub edib. "Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya) oyununda 0:2, "Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya) görüşündə isə 2:2 hesabı qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm