Bakıda olimpiadayla bağlı iclas
Bizi izləyin

İdman

Bakıda olimpiadayla bağlı iclas

Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının hazırlıq işləriylə əlaqədar Əməliyyat Komitəsində iclas keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, eləcə də AŞF-nin vitse-prezidenti Faiq Həsənovun iştirak etdiyi toplantıda mötəbər yarışın təşkilatçılığıyla bağlı müzakirələr aparılıb.

İclasda sentyabrda Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qonaqların qarşılanması və yerləşdirilməsi, yarış zalının tərtibatı, o cümlədən turnirin tibbi, təhlükəsizlik və digər vacib məsələləri barədə danışılıb.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Azərbaycanda ilk dəfə baş tutacaq mötəbər yarış "Crystal Hall"da keçiriləcək. Olimpiada günlərində paytaxtda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm